AZ

Türkiyə casus peyklərlə mübarizə üçün süni intellektdən istifadə edəcək

Türkiyəli alimlər ölkəyə qarşı casusluq fəaliyyətini aşkar etmək üçün süni intellektdən istifadə edə biləcək layihə hazırlayırlar.

Herbiand.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Türkiyə üzərindən uçan obyektlər, o cümlədən kosmik gəmilər və peyklər, casusluq fəaliyyətlərini müəyyən etməyə kömək edəcək süni intellektdən istifadə etməklə izlənilə bilər”, - agentlik yazıb.

Türkiyə Aeronavtika Dərnəyi Universitetinin prorektoru, professor Tahsin Çağrı Şişman agentliyə bildirib ki, universitet Türkiyənin kosmos vəziyyəti haqqında məlumatlılığını artırmaq və imkanlarını genişləndirmək üçün süni intellektdən istifadə etməklə peyk orbitinin müəyyən edilməsi, xüsusilə də dərin öyrənmə ilə bağlı araşdırmalar aparır.

O, həmçinin vurğulayıb ki, Milli Kosmik Proqram çərçivəsində kosmik obyektlərin yerüstü müşahidəsi və izlənməsi missiyasının nəticələrindən biri də milli təhlükəsizliklə bağlıdır: “Türkiyə space-track.org saytı vasitəsilə peyklər və digər kosmik obyektlər haqqında məlumat əldə edə bilər, lakin casus peyklər haqqında orbital məlumat bu yolla əldə edilə bilməz. Bu səbəbdən layihənin lokallaşdırılması nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla