AZ

İngiltərə Premyer Liqasının cari mövsümü tarixə düşdü

İngiltərə Premyer Liqasının cari mövsümü 20 komandanın iştirakı ilə 38 turluq yarışların tarixən ən məhsuldar mövsümüdür.

Arena.az bu barədə “Squawka” dərgisinə istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının cari mövsümündə 34 tur ərzində artıq 1085 qol vurulub ki, bu da müvafiq tərtibatda yeni liqa rekordudur. Eyni zamanda, komandaların oynamalı olduğu hələ 4 tur qalıb, həmçinin bir neçə klub 6 oyun keçirməlidir, belə ki, təxirə salınmış oyunları var.

Göründüyü kimi, məhsuldarlığın artacağı və mütləq rekordun yenilənəcəyi aşkardır.

Hazırda Premyer Liqanın liderlər qrupu isə belə sıralanıb:
34 oyundan 77 xal toplamış “Arsenal” şərti liderdir. Eyni miqdarda oyundan sonra “Liverpul yarış cədvəlində 74 xalla şərti olaraq 2-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 32 oyundan 73 xalla şərti olaraq 3-cü pillədə qərarlaşıb və Premyer Liqanın mümkün lideridir.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla