AZ

Dinamik inkişaf edən Azərbaycan-Rusiya əlaqələri

Azərbaycan Respublikası bütün dünya dövlətəri ilə, o cümlədən qonsu ölkələrlə  bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasına xüsusi önəm verir. Şimal qonşumuz olan Rusiya Federasiyası da bu qəbildən olan ölkələrdəndir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı  Rusiya Federasiyası ilə münasibətlərin nizama salınmasına mühüm töhfələr verdi. Uzaqgörən xarici siyasət nəticəsində qonşu Rusiya Federasiyası ilə uğurlu münasibətlər sistemi quruldu. Ona görə də qeyd etmək zəruruidir ki,  Ulu Öndər Heydər Əliyev amili dòvlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.

 Rusiyanın Sakit okeana çıxışını təmin edən Baykal-Amur Magistral dəmir yolunun qurulmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Ulu Öndər hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti dövründə bu məsələyə xüsusi diqqət yetirirdi. Bu da onu deməyə əsas verir ki,  Heydər Əliyevin fədakar mövqeyi nəticəsində magistral dəmir yolu 1988-ci ildə istifadəyə verildi və bu gün də müasir Rusiyanın əsas dəmir yollarından biridir.

Siyasi nəzəriyyələrə görə, dövlətlər arasında iqtisadi münasibətlərin qurulması üçün ilk növbədə siyasi münasibətlər qurulmalı və inkişaf etdirilməlidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi münasibətlərin  yüksək səviyyədə olması iqtisadi əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 aprel 2024-cü il tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı etdiyi çıxışda iki dövlət arasında formalaşan səmimi münasibətlərin müxtəlif aspektlərinə dair maraqlı fikirlər yer aldı.

Dövlət başçımız öz çıxışında qeyd etdi ki, Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımaların həcmi 2017-ci illə müqayisədə 87 faiz artıb. Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Bütün qeyd olunanlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin dinamik inkişaf etdiyini və yüksək səviyyədə olduğunu bariz şəkildə əks etdirir.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla