AZ

Uşaqları onlayn mühitdə təhlükələrdən necə qoruya bilərik?

Bakı. Trend:

Onlayn mühitdə ən müdafiəsiz istifadəçilər, yəqin ki,uşaqlardır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Onlar bir çox şeydən məlumatsız ola və fərqində olmadan riskliaddımlar ata bilərlər. Valideynlərə və böyüklərə tövsiyəmiz isəuşaqları bu tip mövzularda maarifləndirmək və onlarıqorumaqdır.

Uşaqlarınızı onlayn mühitdə təhlükələrdən necə qoruyabilərsiniz?

1) Uşaqlara internetdə təhlükəsiz axtarış sözlərindən istifadəetməyi, eləcədə təhlükəsizlik veb-saytı (https) necə müəyyənləşdirəbiləcəkləri barədə köməklik göstərin.

2) Onlara tanımadıqları veb-saytlarda “pop-up” reklamlarla kliketməyin təhlükəli olduğunu və potensial risk daşıdığını izahedin.

3) Şübhəli e-poçtlarda keçidlərə klikləməməyi və tanımadıqlarıçəxslərin mesajlarına cavab verməməli olduqlarını deyin. Fayl və yaproqram yükləmədən əvvəl böyüklərdən soruşmağı nəzərlərinəçatdırın.

4) Uşaqların istifadə etdiyi cihazlarda antivirusproqramlarından istifadə edin.

5) Onlar üçün təhlükəli olduğunu düşündüyünüz bütün veb-saytlarıbloklayın.

6) Onları zərərli məzmundan qorumaq üçün tətbiqlərdə nəzərdətutulmuş məzmun filtrlarından istifadə edin.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla