AZ

İranlı general sağdır və ABŞ-da yaşayır

İranın keçmiş müdafiə nazirinin müavini, general-mayor Əlirza Əsgəri sağdır və ABŞ-da yeni kimlik altında yaşayır.

Axar.az xəbər verir ki, bu iddianı “İran İnternational” kanalı irəli sürüb.

Kanal bu məlumatı Amerika kəşfiyyatı və yüksək səviyyəli avropalı diplomatik şəxslərin müsahibələri əsasında anonim olaraq əldə edib.

Bildirilir ki, Əsgəri qaçqın düşdüyü 17 il ərzində bir neçə dəfə yaşayış yerini dəyişib.

Həmçinin, araşdırma yazıda onun amerikalılara verdiyi kritik kəşfiyyat məlumatları və Vaşinqtonun Tehrana qarşı müharibəyə başlamasının qarşısını almaqda oynadığı rolun müstəsna təfərrüatına da toxunulub.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla