AZ

ABŞ bu silahı gizli şəkildə Ukraynaya göndərib

Birləşmiş Ştatlar son həftələrdə - Konqres əlavə yardımı təsdiq etməzdən əvvəl gizli şəkildə Ukraynaya artıq Rusiya hədəflərinə qarşı istifadə edilmiş uzunmənzilli ATACMS raketlərini göndərib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” vəAP anonim amerikalı məmura istinadən məlumat yayıb.

Xəbər agentliklərinin məlumatına görə, ATACMS ABŞ prezidenti Co Baydenin 2024-cü ilin martında təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olub.

Mənbə əlavə edib ki, Ukrayna tərəfi bu raketləri ilk dəfə aprelin 17-də səhər saatlarında Ukraynanın cəbhə xəttindən təxminən 165 kilometr aralıda Krımdakı Rusiya aerodromunu vuraraq istifadə edib.

Pentaqon ABŞ-ın döyüş hazırlığına zərər vuracağı və ya Ukraynanın Rusiya daxilindəki hədəfləri vurmaq üçün onlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlarına görə Kiyevə ATACMS verilməsinə ilkin olaraq qarşı idi.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla