AZ

AzTU-da gənc alimlər üçün seminar keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, AzTU-da keçirilən tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov seminarda çıxış ediblər.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, layihənin icrası ölkənin on ali təhsil müəssisəsi üçün nəzərdə tutulub. Məqsəd gənc alimlərdə fənlərarası münasibətlər kontekstində yeni düşüncə tərzinin formalaşdırılması, xarici universitetlərin bu istiqamətdə təcrübəsini bölüşmək və yeni metodların öyrənilməsidir.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla