AZ

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

Nigeriyada

Bakı, 25 aprel, AZƏRTAC

Nigeriyanın paytaxtı yaxınlığındakı Sulejada leysan yağışları nəticəsində azı 118 məhbus həbsxanadan qaçıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, qaçan məhbuslardan 10-u tutularaq yenidən həbsxanaya qaytarılıb. Hazırda digərlərinin axtarışı istiqamətdə əməliyyatlar davam etdirilir.

Açıqlamada qaçan məhbusların kimliyi barədə heç bir məlumat verilmir. Lakin bildirılir ki, Suleja həbsxanasında vaxtilə “Boko Haram” terror qruplaşmasının üzvləri saxlanılırdı.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla