AZ

Futbol cameəsinin “Neftçi” MƏYUSLUĞU: Komandanın “Qarabağ”la mübarizə apara bilməməsinin əsas səbəbi AÇIQLANDI

“Zirə”, “Sumqayıt” kimi imkanları az olan klublarla müqayisədə “Neftçi xal baxımından onlardan xeyli üstün olmalı idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasındayerli çempionatda “Neftçi” komandasının hazırki durumunu dəyərləndirən futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, “Neftçi”nin vəziyyətini yalnız “Qarabağ”la müqayisədə uğursuz adlandırmaq olar.

“Neftçi”nin yerli çempionatda olan vəziyyətini, əslində, uğursuzluq adlandırmaq istəməzdim. Azərbaycan kubokunda “Qarabağ” kimi bir komandayla qarşılaşdılar. Biz “Neftçi”ni yalnız “Qarabağ”la müqayisədə uğursuz adlandıra bilərik. Lakin yerli çempionatda olan digər klublarla müqayisədə komandanı uğursuz adlandırmaq olmaz. “Zirə”, “Sumqayıt” kimi imkanları az olan klublarla müqayisədə “Neftçi xal baxımından onlardan xeyli üstün olmalı idi”, – deyə o əlavə edib.

A.Kərimov qeyd edir ki, “Neftçi” etdiyi transferlər özünü heç vaxt doğrultmayıb.

“Neftçi”də həddindən çox baş məşqçi dəyişikliyi bu cür oyuna gətirib çıxara bilir. “Neftçi”nin ən böyük çatışmazlıqlarından biri transfer məsələsidir. Zaman-zaman yaxşı transferləri olmasına baxmayaraq, komandada transferlə bağlı xeyli səhvlərə yol verilib. “Neftçi” elə transferlər edib ki, onlar özünü heç vaxt doğrultmayıb. Əgər “Neftçi” yerli çempionatda “Qarabağ” kimi bir komanda ilə rəqabət, mübarizə aparmaq istəyirsə, transferləri ən azı “Qarabağ” səviyyəsində olmalıdır. Hesab edirəm ki, komandanın “Qarabağ”la mübarizə apara bilməməsinin əsas səbəbi budur”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, “Neftçi”yə dünyanın ən güclü məşqçilərindən biri gətirilsə belə, hazırki heyətlə “Qarabağ”a qalib gəlmək mümkün olmayacaq:

“Burada ən çox məşçi deyil, oyunçu faktoru rol oynayır. “Neftçi”yə dünyanın ən güclü məşqçilərindən biri gətirilsə belə, hazırkı heyətlə “Qarabağ”a qalib gəlmək mümkün olmayacaq. “Qarabağ”ın oyunçuları “Neftçi”nin heyətindən üstündür. Ümumiyyətlə, yerli çempionatda hər hansı bir klub rəqabət aparmaq istəyirsənsə, hansı səviyyədə olan oyunçunu komandaya gətirəcəyini bilməlisən. Bəzi klublarımız var ki, maddi imkanları buna yol verməyə bilir. Lakin “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandalar maddi durumları kluba normal futbolçular cəlb etməyə imkan verir. Təəssüf ki, yalnız bunu “Qarabağ” həyata keçirə bilir”.

İsmayıl Bakuvi

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla