AZ

Zaxarova: “Qarabağı Azərbaycan ərazisi kimi Putin yox, Ermənistan tanıyıb”

Zaxarova deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi Putin yox, Ermənistan tanıyıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinq zamanı deyib.

O, Ermənistan hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə Qarabağı Azərbaycan kimi tanıması ilə bağlı iddialarını təkzib edib.

Onun sözlərinə görə, Rusiya Qarabağın statusu məsələsini həll olunmamış hesab edib, lakin Ermənistan Praqada onu Azərbaycanın ərazisi kimi tanıyıb.

“Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb.

Beynəlxalq hüquq nöqteyi-nəzərindən, Rusiya Federasiyası Prezidentinin 2020-ci ildə dediyi kimi, Azərbaycan özünün və bütün dünya ictimaiyyətinin Azərbaycan ərazisi hesab etdiyi əraziləri geri qaytarır.

Qarabağın yekun statusu həll olunmayıb, Vladimir Putin bildirib. Biz status-kvonu, mövcud vəziyyəti qoruyub saxlayırıq.

Bu sitatlar Rusiya Federasiyası Prezidentinin saytında qeydə alınıb. Bütün ölkələrin xəbər agentliklərinin arxiv materiallarında var. Sizin bu fikirləriniz tamamilə anlaşılmazdır”, – Zaxarova bildirib.

Zaxarovanın qeyd etdiyi kimi, bu yalanlar erməni və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla