AZ

"Neftçi" bu iki yerli oyunçu ilə yeni müqavilə imzalamaq istəmir

Bu yay «Neftçi»ni tərk edəcək yerli futbolçulardan ikisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Bakılılar Azər Salahlı və Ömər Buludovla yeni müqavilə imzalamaq niyyətində deyil.

Hazırkı baş məşqçi Miodraq Bojoviç də onların xidmətinə maraq göstərmək fikrindən uzaqdır.

Ötən ilin dekabrında Adrian Mutunu əvəzləmiş monteneqrolu mütəxəssis gələn mövsüm də işini davam etdirərsə, onları sərəncamında görmək istədiyini bildirib.

Balkanlı çalışdırıcı funksionerlərlə söhbətində Azərlə Ömərin adını çəkib, onlarla çempionluğa iddialı komanda qurmağın mümkün olmadığını deyib.

SPORTİNFO.AZ

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla