AZ

“Şeffild Yunayted” Premyer Liqanın antirekorduna imza atdı

Premyer Liqanın 29-cu turunda “Mançester Yunayted”ə 2:4 hesablı səfər məğlubiyyəti autsayder “Seffild Yunayted”ə antirekord gətirib.

Arena.az məlumat verir ki, bu oyunda 4 qol yemiş “tiyələr” İngiltərə Premyer Liqasında buraxılmış qolların sayına görə mütləq antirekorda imza atıblar.

Hazırda “Şeffild Yunayted” 34 oyunda 92 qol “yeyib” və Premyer Liqanın sonuncu, 38-ci turuna qədər də antirekordunu yeniləyəcəyi istisna deyil.

Buna qədər mütləq antirekord Premyer Liqanın 2007/2008-ci illər mövsümündə 38 oyunda 89 qol buraxmış “Derbi Kaunti”yə məxsus idi.

Ancaq bu antirekordlar Premyer Liqanın 20 komandadan ibarət 38 turluq mövsümlərinə aiddir. Premyer Liqanın “aşsüzən”i isə 42 turluq 1993/1994 mövsümündə 100 qol buraxmış “Suindon Taun”dur.

Göründüyü kimi, “Şeffild Yunayted”in son 4 turda mütləq “aşsüzən” olmağa nəzəri ehtimalı yüksəkdir.

“Şeffild Yunayted” 34 oyundan 16 xalla Premyer Liqanın yarış cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla