AZ

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır - Zaxarov

Bakı. Trend:

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəflisazişlər toplusu aktual olaraq qalır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlərNazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyibrifinqdə bildirib.

"Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixiabidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraqqarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı buməsələni ikitərəfli danışıqlar mövzusuna çevirməyə çağırırıq", odeyib.

Zaxarova qeyd edib ki, Moskva da öz növbəsində bu mövzuda lazımiköməklik göstərməyə hazırdır.

Qeyd edək ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındairimiqyaslı cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrin vəqəbiristanlıqların dağıdılması, o cümlədən İrəvanın Təpəbaşıərazisində azərbaycanlıların irsinə hücum Azərbaycan abidələrinindağıdılması prosesinin tərkib hissəsidir.

Ermənilər azərbaycanlıların öz tarixi-etnik torpaqlarındaizlərini silməklə yanaşı, toponimlərə qarşı da soyqırımı həyatakeçiriblər. Monetnik dövlətin rəhbərliyi azərbaycanlılarınyaşadıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməni yeradları ilə əvəz edib. Ermənistanın uzun illər ərzində həyatakeçirdiyi düşünülmüş siyasəti nəticəsində Ermənistan ərazisindəAzərbaycan xalqının keçmiş tarixə malik mədəni irsi tamamilə yoxolmaq təhlükəsi altındadır, bir çox mədəni irs nümunələri məhvedilib. Əsrlər boyu indiki Ermənistan ərazisində yaşamışazərbaycanlıların XX əsrdə deportasiyası nəticəsində bu ölkədə birnəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistanın həyatakeçirdiyi mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləməilə müşayiət olunub.

(Tərcümə: Gülnarə Kərimova)

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla