AZ

"Qarabağ"la oyunda yaxşı nəticə üçün mübarizə aparacağıq"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXXI turunda "Turan Tovuz"u məğlub edib. - 4:1

"Kimyaçılar"ın müdafiəçisi Murad Xaçayev "FutbolPress"ə açıqlamasında qələbəni şərh etdi:

"Mövsümün sonuna az qalıb və turnir cədvəlində bir-birinə yaxın olan komandaların duelləri gərgin keçir. Bu oyun da belə idi. Qələbə qazandığımız üçün şadıq".

Xaçayev son dönəmlərdə "hakimlər "Sumqayıt"a kömək edir" fikirlərinə də münasibət bildirdi:

"Bunları eşidirdik. Yaxşı ki, belə şeylər yazıldı. Bunlar bizə əlavə motivasiya verdi və qələbə qazandıq".

"Sumqayıt" növbəti turda "Qarabağ"ı qəbul edəcək. Xaçayev çempiona qarşı yaxşı nəticə əldə etmək istədiklərini söylədi:

"Qarabağ"ın gücünü hamı bilir. Onlar çempionluğu rəsmiləşdiriblər, ancaq biz hələ mübarizə aparırıq. İstəyimiz mümkün qədər yüksək pilləni tutmaqdır. Evimizdə azarkeşlərimizin dəstəyi ilə oynayacağıq. Əlimizdən gələni edəcəyik. Finala beş oyun qalıb. Hər matç bizimçün çox önəmlidir. "Qarabağ"la oyunda yaxşı nəticə üçün mübarizə aparacağıq. Hər oyunçu yüksək yerləri tutmaq, avrokuboklara getmək istəyər".

"Sumqayıt" 31 turdan sonra 47 xalla üçüncü sıradadır.  

Şahin Cəfərov
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla