AZ

Abşeron RMX-da Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbir keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 21-27 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində növbəti tədbir baş tutub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə baş həkim Əli Allahverdiyev, İlkin Səhiyyə Xidmətinin rəhbəri Fariz Musayev, Abşeron Rayon Gigiyena Epidemologiya Mərkəzinin əməkdaşı Müslümə Cəfərova, həmçinin xəstəxananın digər rəhbər şəxsləri, pediatrları və s. iştirak edib.

 

Tədbirdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev, Abşeron Rayon Gigiyena Epidemologiya Mərkəzinin əməkdaşı Müslümə Cəfərova, Abşeron RMX-nın nəzdində fəaliyyət göstərən Məmmədli Ailə Sağlamlıq Mərkəzinin rəhbəri Xatirə Quliyeva və Novxanı Ailə Sağlamlıq Mərkəzinin pediatrı Liyana Əliyeva çıxış edərək uşaqlıq dövründə peyvəndləmənin vaxtında aparılmasının vacibliyindən danışıblar.

 

Çıxışlarda immunizasiyanın ölümcül xəstəliklərə qarşı bədəndə yaratdığı müdafiə sistemindən, düzgün şəkildə aparılan maarifləndirmə tədbirləri nəticəsində cəmiyyətdə mövcud olan yüksək dərəcəli infeksion xəstəliklərin qarşısının alınmasının mümkün olduğu vurğulanıb, sağlam gələcək naminə valideynlərin peyvəndləmə cədvəlinə uyğun olaraq övladlarını vaksin etdirməyinin əhəmiyyətinin böyüklüyü diqqətə çatdırılıb.

 

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla