AZ

“Ümid edirəm ki, daha artığını edərəm” – Rezabala “siftə”sini şərh etdi

“Sumqayıt”ın Tovuz səfərindən darmadağınla dönməsi qərblilərin avrokuboklar şansını minimuma endirsə də, “kimyaçılar”ın şansını daha da artırdı.

Qonaqların 4 qol vurduğu görüşdə bu il yeganə transferləri olan Xordan Rezabala ilk qoluna imza atdı. İlk qolla bağlı reaksiyasını öyrənmək üçün 24 yaşlı ekvadorlu ilə əlaqə saxladıq:
“Bəli, burda ilk qolumu vurdum. Ümid edirəm ki, daha artığını edərəm. Qol vurmaq həmişə adama kömək edir, ayrıca komandada motivasiya yaradır. Emosional cəhətdən komandaya kömək etmək həmişə yaxşıdı. Xüsusən də qol və ya məhsuldar ötürmə ilə kömək etmək həmişə yaxşıdı. Ancaq daha da önəmli olan komandanın qalib gəlməsidi. Hər kəs buna görə üzərinə düşən məsuliyyəti yerinə yetirmək üçün əlindən gələni əsirgəmir”.


KAMAL SƏFƏR
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla