AZ

"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski

 
"Biz yalnız birlikdə Rusiyanı beynəlxalq hüququ tanımağa məcbur edə bilərik..."
 
"Sülh prosesinə başlamaq üçün yüksək səviyyədə konfransın keçirilməsinə kifayət qədər beynəlxalq dəstək var..."
 
Rusiyanın bu ilin iyun ayında keçiriləcək Qlobal Sülh Sammitini pozmaq üçün konkret planı var.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski tərəfdaş ölkələr və Ukraynada işləyən beynəlxalq təşkilatların nümayəndələri və Ukrayna diplomatları ilə görüşü zamanı bəyan edib. Məlumatı "krymr.com" nəşri yayıb.
 
O, xatırladıb ki, bu ilin iyun ayında İsveçrədə ilk inauqurasiya xarakterli Qlobal Sülh Sammiti keçiriləcək.
 
"Bu, həqiqətən də təkcə Ukrayna üçün vacib deyil, Sammitdə dünya ölkələrinin əksəriyyətinin olması çox vacibdir.
 
Dünya Ukrayna üçün ədalətli sülhün bərpasında nə qədər fəallıq göstərəcəksə, dünyanın başqa ölkələrinin belə təcavüzlərin qurbanları olmayacağı ehtimalı bir o qədər çox olacaq. 
 
Dünya nizamını kobud güc deyil, BMT Nizamnaməsi müəyyən etməlidir, biz yalnız birlikdə Rusiyanı beynəlxalq hüququ tanımağa məcbur edə bilərik", - dövlət başçısı qeyd edib.
 
Zelenski deyib ki, Sammitdə sülhün ilk əsaslarının razılaşdırılması başlanılacaq və dünya nizamının necə olması barədə dünyanın ümumi baxışı təklif ediləcək.
 
"Bizdə olan dəqiq konkret kəşfiyyat məlumatına görə, Rusiya nəinki Sülh Sammitini pozmaq istəyir, həm də bunu necə etməyin, ölkələrin sayını  necə azaltmağın, sülhün daha uzun müddətdə olmaması üçün necə hərələt etməyin konkret planı var.
 
Hörmətli tərəfdaşlar, biz diplomatlar, kəşfiyyatlar səviyyəsində Rusiyanın konkret planları və konkret bəndlərilə sizinlə bölüşəcəyik. Və biz birlikdə ədalərli sülh naminə buna qarşı müqavimət göstərməliyik. Bizə kömək edən və edəcək hər birinizə minnətdaram", - prezident deyib.
 
İsveçrədə Sülh Sammiti - detallar
 
Ukraynanın təşəbbüsü ilə 2024-cü il iyunun 15-16-da İsveçrədə Qlobal Sülh Sammiti keçiriləcək. Sammitə 100-dən artıq ölkənin nümayəndələri dəvət olunacaq.
 
"İsveçrə G7 üzv-ölkələr, Avropa İttifaqı və Qlobal Cənubun Çin, Hindistan, Cənubi Afrika, Braziliya, Efiopiya və Səudiyyə Ərəbistanı kimi ölkə nümayəndələri ilə danışıqlar aparıb.
 
Hazırda sülh prosesinə başlanmaq üçün yüksək səviyyədə konfransın keçirilməsinə kifayət qədər beynəlxalq dəstək var", - İsveçrə hökuməti bəyan edib.
 
Çinin iştirakı məsələsi açıq olaraq qalır. "Çin buna gözlədiyimizdən də müsbət cavab verib. Biz dünyanın böyük dövlətlərindən müsbət siqnallar almışıq", - bunu İsveçrə xarici işlər naziri İqnasio Kassis bəyan edib.
Seçilən
110
50
Mənbələr
Şərh ()
Bağla