AZ

Hakimi təhqir etdiyi üçün cəzalandırıldı

style='margin-bottom:10px;'>

"Almeriya"nın futbolçusu Larji Ramazani hakimi təhqir etdiyinə görə ağır cəza alıb.

QOL.az xəbər verir ki, 23 yaşlı hücumçu La Liqanın 32-ci turunda "Villarreal" ilə matçın sonunda mübahisəli epizoddan sonra referi Miqel Anhel Ortiz Ariası təhqir edib, onu axmaq adlandırıb. Buna görə Etika Komitəsi futbolçunu 5 oyunluq diskvalifikasiya edib və 2,4 min avro məbləğində cərimələyib. 

Bildirilir ki, Ramazani ən yüngül cəzanı alıb. Çünki reqlamentə əsasən, hakimi belə təhqir etməyə görə futbolçu 12 matça qədər diskvalifikasiya oluna bilər.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla