AZ

Platonun məzarıAŞKAR EDİLDİ

İtaliyanın Piza Universitetinin alimləri qədim mətnlərdə adı keçən filosof Platonun dəfn yerini tapıblar.

Qəbir haqqında 18-ci əsrdə Herkulaneumda tapılmış papirus üzərində yazılar süni intellekt sayəsində oxunaraq kəşf edilib. Bu yolla filosof Platonun Afinadakı Muses məbədinin yanındakı bağda yerləşən Afina Akademiyasında dəfn edildiyi müəyyən edilib.

Qeyd edək ki, 18-ci əsrdə Herkulaneum şəhərində tapılan papirus yazıları eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində dağılmış şəhərin binalarından birindən tapılıb və 1800 parçadan ibarətdir.

Papiruslar çox yandığı üçün uzun müddət oxumaq mümkün olmayıb. Lakin müasir texnologiyanın köməyi ilə alimlər qeydləri oxuya biliblər.

Məlumat üçün bildirək ki, Platonun Akademiyası eramızdan əvvəl 380-ci ildə yaradılıb. Bəzi tədqiqatçılar filosofun ölümünü müxtəlif cür təsvir edirlər.

Arkeonews saytında dərc olunan məqaləyə görə, Siseron Platonun yazı masası arxasında oturarkən öldüyünü söyləyib. Başqa bir fikrə görə isə Platonun 81 yaşında toy günü vəfat etməsidir.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla