AZ

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

Bakı, 25 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə Xəzər Universitetinin tələbələrinə arxeoloji qazıntılar, universitetin müəllimi Orxan Zamanov silahların yaranması, dövrlər üzrə inkişafı, tipoloji təsnifatı, funksionallığı və onların savaşda tətbiqi haqqında ətraflı məlumat veriblər.

Sonra tələbələr arxeoloji qazıntılar zamanı tapılmış silah nümunələri ilə tanış olublar.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla