AZ

ABŞ rəsmisi: “İsrail mülki insanları qorumaq üçün daha artığını etməlidir”

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib ki, İsrail təcili olaraq mülki insanları qorumaq üçün daha çox iş görməlidir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzaya humanitar yardımı artırmaq məqsədi daşıyan 2720 saylı qətnamənin icrası ilə bağlı inkişaflar BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.

Milyonlarla insanın didərgin düşdüyünə və əsas ehtiyaclara çıxışın azaldığına diqqət çəkən Robert Vud Qəzzada humanitar vəziyyətin qorxulu olduğunu ifadə edərək, şimalda uşaqların aclıqdan öldüyünü xatırladıb.

O, ABŞ rəhbərliyinin İsraildən konkret və ölçülə bilən addımlar atmasını istədiyini bidirib.

İsrailin bəzi müsbət addımlar atdığını, lakin bunların həm qeyri-kafi, həm də gecikdiyini qeyd edən Vud deyib:

\"ABŞ-ın mövqeyi bəllidir. İsrail dərhal hərəkətə keçməli və Qəzzanın şimalına daha çox yol keçidi təmin etməlidir. İsrail mülki insanları qorumaq üçün təcili olaraq daha çox işlər görməlidir”. 

İsrail rəsmiləri ilə həyata keçirilən xəbərdarlıq sisteminin də uğursuz olduğuna diqqət çəkən Vud, 230 humanitar yardım işçisinin öldürülməsinin qəbuledilməz olduğunu bildirib.

Nəzrin
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla