AZ

2024-cü il boyu Ukraynanın ehtiyaclarını təmin edə bilərik – ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan

Nə qədər ki, Ukrayna Rusiya Federasiyasına qarşı müharibədə özünü müdafiə etmək üçün lazım olan sursatı alır, bunu effektiv şəkildə istifadə edib qalib gələ bilər.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan aprelin 24-də Ağ Evin YouTube kanalında yayımlanan brifinqdə məlumat verib.

“Mən gözləyirəm ki, indi əldə etdiyimiz resurslarla biz 2024-cü il ərzində Ukraynanın ehtiyaclarını təmin etməyə davam edə bilərik”. Sallivanın sözlərinə görə, Amerika yardımının gecikməsi səbəbindən Ukrayna sursata qənaət etmək məcburiyyətində qalıb və nəticədə ölkənin şərqində müəyyən əraziləri itirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla