AZ

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Fuat

Bakı, 25 aprel, AZƏRTAC

İnanırıq ki, bu gün Bakıda keçirilən toplantımız birgə əməkdaşlığımıza töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasından sonra keçirilən mətbuat konfransında səsləndirib.

“Qarabağ Zəfərindən sonra Qazax rayonunun 4 kəndinin geri qaytarılması bizi çox sevindirdi. Şimali Kiprin müşahidəçi qismində TDT-yə üzv qəbul olunması birliyimizi artırır”, - deyə Fuat Oktay vurğulayıb.

Türkiyə parlamentarisi qeyd edib ki, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin parlament səviyyəsində də genişləndirilməsi çox önəmlidir.

Fuat Oktayın sözlərinə görə, türk dövlətlərinin ortaya qoyduğu vizyon 2040-ci ilə qədər mövcud imkanlar və potensial baxımdan iş birliyinin möhkəmləndirilməsində önəmli rol oynayır.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla