AZ

Rusiya təəssüf edir ki, Ermənistan KTMT-nin ictimai tənqidinə davam edir - Zaxarova

Bakı. Trend:

Rusiya Federasiyası təəssüf edir ki, Ermənistan KTMT-nin ictimaitənqidinə davam edir.

Trend xəbər verir ki, bunuRusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri MariyaZaxarova bu gün həftəlik brifinq zamanı Ermənistanın baş naziriNikol Paşinyanın bəyanatlarını şərh edərkən deyib.

"Biz təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-nin ictimaitənqidinə davam edir. Təkcə tənqid deyil, tənqid də etmək olar,lakin (tənqid) əsassızdır. Bu, təşkilatın katibliyinin rəhbərliyiKTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraqrespublika qarşısında bütün öhdəliklərin qorunub saxlanıldığınıaçıq şəkildə təsdiqləyib", - o deyib.

Qeyd edək ki, Paşinyan bundan əvvəl bəyan etmişdi ki, KTMT üzvölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyimexanizm kimi mövcud deyil.

"Bu isə KTMT-nin reaksiyası və bəzi üzv ölkələrin bəyanatlarıilə əsaslandırılır. Bizim cəmiyyət bizə deyir ki, niyə KTMT-ninüzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabımyoxdur", - Paşinyan deyib.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla