AZ

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlarin isə baha satılması ilə bağlıdır.

Bəs görəsən, qiymət artımı olacamı, insanlar yayda mövsümi meyvələrdən doyunca dada biləcəklərmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, mövsümü meyvələrin qiymətlərində artımın şahidi ola bilərik:

"Azərbaycanda aqrar sahədə sığorta çox zəif inkişaf edib. Bu tipli məsələlərə göre sahələrin və fermerlərin sığortalanma olmalıdır. Dövlət əlbəttə bu sahədə müəyyən addımlar atıb. Fermerlerin sığortasının bir hissəsini özü ödəyir. Amma bu populyar olmadığı və bu sığortalar haqqında məlumatın az olduğuna görə azsaylı fermerler bundan istifadə edir.
Rəsmi məlumatlara görə ölkədə olan fermer təsərrüfatların ən yaxşı halda 20 faizinin sığortası var. Biz sığorta mədəniyyətinin formalaşdırmlıyıq. Bu zaman təbii fəlakətlər və məhsuldarlığın aşağı olduğu zaman fermerlərin ziyanını qarşılamaq mümkün olar. Amma qısa zamanda bu dəyişikliyin olması gözlənilmir. Ona görə də məhsul az olacaqsa, bu qiymətlərə mənfi təsir göstərəcək. Biz yay aylarında kənd təsərrüfatı və mövsümü meyvələrin qiymətlərində sürətlə artmasının şahidi ola bilərik".

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla