Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.
Xəbəri TASS yayıb.
Bildirilir ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət alma ittihımı ilə saxlanılıb.
İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı deyilir.
Məlumatda qeyd olunur ki, əgər ittiham sübuta yetiriləcəksə, nazir müavinini 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.