AZ

Sosiallaşmaya ilk addım ana ilə olmalıdır, çünki...SOSİOLOQDAN AÇIQLAMA

İşləyən anaların ən böyük narahatlığı övladını əmanət edə biləcəyi yaxşı bir dayə, ya da etibarlı bağça tapa bilməkdir. Optimist, nikbin və şəxsi həyatında problem olmayan tərbiyəçi və dayələrin tərbiyə etdiyi uşaqlar da anası ilə vaxt keçirən uşaqlar qədər rahat uşaqlıq keçirə bilər, amma bu onlara anasının yoxluğunu unutdurmur, əksinə uşaqlığını dayə ilə keçirən uşaqlarda böyük bir anasızlıq, çatışmazlıq və sevgiyə aclıq problemi yaranır.

Bu fikirləri "İki sahil"ə açıqlamasında  sosioloq Lalə Mehralı söyləyib.

Sosioloqun sözlərinə görə, indi orta statistik bir vətəndaş üçün maddi problem olmadan, rahat həyat yaşamaq hardasa mümkün deyil, ailənin yalnız bir üzvünün işləməsi bütün ailənin maddi təminatına yetmir, qadın da ailəsi üçün əlini daşın altına qoymalı olur. Amma ailədəki azyaşlı körpəni əmanət etməyə kimsəsi olmadığı üçün bəzən bu mümkün olmur, bəzən də dayə, bağça alternativləri ilə vəziyyətdən çıxmaq olur. 

Həmsöhbətimiz diqqətə çatdırdı ki, işləyərək uşaqlarını böyüdən analar, uşaqlarını erkən dayəyə əmanət etmənin həyatlarında ən çətin  qərarlardan biri olduğunu deyirlər. Bəzi analar məcburiyyətdən, bəziləri könüllü olaraq övladını dayəyə etibar edir. Amma bütün hallarda lazımdır ki, uşağın ən azı 3 yaşına qədər ona tərbiyəni valideyn versin. Bu, həm uşağın psixologiyası, həm özünə güvəni, həm də əhval-ruhiyyəsi üçün vacibdir. Körpələr qidalanma, çimdirilmə, geyinmə və təmizliyi ilə bağlı vacib anlarda analarını yanında görmək istəyir. Onların ilk 3 ildə ana qayğısına daha çox ehtiyacı var. Sosiallaşmaya ilk addım ana ilə olmalıdır. Yad insanla sosiallaşma cəhdləri həmişə uğurlu olmur, ana övladını ətraf aləmlə tanış etdikdə uşaq daha cəsarətli olur, sosiallaşma meyili daha qüvvətli olur.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla