AZ

Sahibə QafarovaTürk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarova bu gün MilliMəclisdə keçiriləcək Türk Dövlətləri Parlamentlərinin XariciƏlaqələr Komitələri Sədrlərinin Birinci İclasının iştirakçıları iləgörüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, qonaqları MilliMəclisdə salamlamaqdan böyük məmnunluq duyduğunu deyən spikerSahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici ƏlaqələrKomitələri Sədrlərinin Birinci İclasının uğurlu olacağına, faydalımüzakirələr aparılacağına inamını ifadə edib.

S.Qafarova qeyd edib ki, belə bir iclasın keçirilməsi təşəbbüsüAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindənirəli sürülüb və bu gün qardaş ölkələrin parlamentlərinin, TürkDövlətləri Parlament Assambleyasının üzvü olan parlamentlərintəmsilçiləri buradadır. Eyni zamanda, həm Türk DövlətləriTəşkilatında, həm də TürkPA-da müşahidəçi statusuna malik olanŞimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayəndələri də buradaiştirak edirlər. Spiker diqqətə çatdırıb ki, bu yaxınlarda bizparlamentimizdə Şimali Kipr parlamenti ilə əlaqələr üzrə işçi qrupuyaratdıq və bu göstərir ki, biz həm ikitərəfli, həm də çoxtərəfliformatda əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq.

Milli Məclisin sədri vurğulayıb ki, bu il fevralın 7-dəAzərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

“Bu seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərindətəşkil olundu. Yenidən prezident seçilmiş cənab İlham Əliyev MilliMəclisdə keçirilmiş andiçmə mərasimində yeni dövrdə Azərbaycanınqarşısında duran vəzifələrdən danışarkən, Türk dünyasını bizimailəmiz adlandırdı, bizim başqa ailəmizin olmadığını bildirdi.Cənab Prezident Azərbaycanın xarici siyasətinin əsasprioritetlərindən birinin Türk dünyasında mövcud olan əməkdaşlıqmexanizminin – Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, qlobalarenada vacib oyunçuya, güc mərkəzinə çevrilməsi olduğunu xüsusivurğuladı. Bütün bunlar üçün lazım olan şərtlər mövcuddur.Çoxtərəfli əsasda əməkdaşlığımızın əsas mexanizmi isə TürkDövlətləri Təşkilatıdır. Bu gün beynəlxalq səviyyədəparlamentlərin, parlament diplomatiyasının rolunun getdikcə artdığıbir dövrdə qardaş ölkələrimizin parlamentlərini eyni çətir altındabirləşdirən Türk Dövlətləri Parlament Assambleyası xüsusiəhəmiyyətə malikdir”, - deyə S.Qafarova deyib.

Söhbət zamanı Milli Məclisin sədri deyib ki, bu gün həmregionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcudolan çağırışlar qardaş ölkə parlamentlərimizin xarici əlaqələrkomitələrinin birgə işinin gücləndirilməsini labüd edir. Bu iclasınkeçirilməsi zərurəti də buradan irəli gəlir. Bu gün dünyada olduqcagərgin proseslər baş verir, ölkələrimiz müxtəlif təzyiqlərlə, ikilistandartlarla üzləşirlər. 30 il işğal altında qalmış torpaqlarınıöz gücünə azad edən Azərbaycanın bu gün hansı təzyiqlərlə, hansıgizli planlarla üzləşdiyi göz önündədir.

Görüşdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin Xariciəlaqələr komitəsinin sədri Fuat Oktay qonaqpərvərliyə görə təşəkküredərək, Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr KomitələriSədrlərinin Birinci İclasının əhəmiyyətindən danışıb. F.Oktaydiqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən irəlisürülmüş bu təşəbbüs parlamentlərimizin xarici əlaqələr komitələriarasındakı əlaqələrin institusional inkişafı, beynəlxalqtəşkilatlar çərçivəsində əlaqələndirmə, qarşılıqlı dəstəkbaxımından mühüm əhəmiyyət kəsb edir. O, bu çərçivədə əməkdaşlığaverilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya vəiştirakçı dövlətlərin parlament sədrlərinə minnətdarlığını ifadəedib. F.Oktay türk dövlətlərinin birlikdə olmasının vacibliyindəndanışaraq, qeyd edib ki, güc birlikdədir.

Söhbət zamanı regionda baş verən proseslərə vəAzərbaycan-Ermənistan münasibətlərinə dair də fikir mübadiləsiaparılıb. Bildirilib ki, sabah iclas iştirakçıları Şuşaya vəXankəndiyə də səfər edəcəklər.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri SəmədSeyidov, Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalqməsələlər, müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini AydosSarım, Qırğızıstan Respublikası Joqorku Keneşinin Beynəlxalqməsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədrmüavini xanım Leyla Lurova, Macarıstan Milli Assambleyanın üzvüSandor Kovacs, Özbəkistan Respublikası Ali MəclisininQanunvericilik Palatasının beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin sədri xanım DiloromFavziyeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasiişlər və xarici əlaqələr komitəsinin sədri xanım Yasemin Öztürk,Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet SüreyyaEr və digər rəsmi şəxslər iştirak ediblər.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Məqalədə:
Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla