AZ

Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı (FOTO)

Bakı. Trend:

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etirazolaraq bir neçə avtomobil yolunu bağlayıb.

Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki)hissəsi, eyni zamanda İrəvan-Sevan avtomagistralının Martunidənkeçən hissəsi bağlanıb. Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrüavtomobil yolunu bağlayıblar. Baqrataşendə Ermənistan-Gürcüstanmagistral yolunun bir hissəsi də bağlıdır.

Beləliklə, vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddədelimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Tavuşda sərhədlərindemarkasiyası prosesinə etiraz edən bir sıra erməni saxlanılıb.Saxlanılanlar Noyemberyan polis bölməsinə aparılıb. Onların hamısıazadlığa buraxılıb, lakin politoloq Suren Petrosyan həbsedilib.

Xatırladaq ki, aprelin 22-də Ermənistanın "Döyüş Qardaşlığı"təşkilatının 5 üzvü saxlanılıb. Təşkilat üzvləri Tavuş vilayətindəinsident törətdiklərinə görə saxlanılıb.

Ermənistanda
Məqalədə:
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla