AZ

Sülh müqaviləsi bağlandıqdan sonra Xocalı qatilləri Azərbaycana təhvil verilə bilər? - ŞƏRH

Sülh müqaviləsi bağlandıqdan sonra Xocalı qatilləri Azərbaycana təhvil verilə bilər? - ŞƏRH

Xəbər verdiymiz kimi, danışıqlar arasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılıb. Bununla yanaşı danışıqlar əsasında Qazaxın işğal altında olan 4 kəndi bir güllə atılmadan geri qaytarıldı. Əlbəttə ki, son baş verən hadisələr və atılan addımlar sülh müqaviəsinin imzalanması ilə bağlı olan inamları da artırır. İki ölkə yekun sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması regionda bir sıra problemləri aradan qaldıracaq. Amma burada bir məsələ var. Xocalı qatilləri hələ də azadlıqdadır. Sülh müqaviləsindən bağlandıqdan sonra, Xocalı qatilləri Robert Köçəryan və Serj Sarkisyan Azərbaycana təhvil verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, Xocalı qatillərinin mühakimə olunması Azərbaycan hüquq-mühafizə orqanlarının, prokurorluğunun apardığı istintaqla mümkündür:

"Onların beynəlxalq axtarışa verilməsi və interpol xətti ilə həbs edilərək Azərbaycana təhvil verilməsi və məhkəmələrinin ədalətli şəkildə aparılması prosesi baş verə bilər. Azərbaycanın aidiyyəti dövlət orqanlarında bununla bağlı cinayət işi var. Araşdırmalar və istintaq davam edir. Lakin sülh müqaviləsi bağlanda, sənədin predmetində şəxslərin Azərbaycana verilməsi öhdəliyi Ermənistana qoyulması bir az çətin məsələdir. Daha doğrusu mümkün görünmür. Çünki Azərbaycan tərəfi bunu təklif kimi təbii ki, verə bilər. Əgər onlar Ermənistan Respublikasının vətəndaşlarıdırsa Ermənistan onları mühakimə etmək üçün Azərbaycana verməz. Dünyanın heç bir ölkəsi öz vətəndaşını mühakimə olunması üçün başqa dövlətə vermir. Biz bunu ancaq interpol vasitəsilə həyata keçirə bilərik. Amma onlar əgər 1991-ci ilə qədər Azərbaycan SSRI-nin vətəndaşları olublarsa, Azərbaycan respublikasının ərazisində qeydiyyatı olubsa və yaşayıblarsa, vətəndaşlıqda reinteqrasiya ediblərsə, bu halda onların təhvil verilməsi mümkün olan haldır. Təbii ki, bu işin gedişatına baxmaq lazımdır".

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla