AZ

Teves xəstəxanalıq oldu

Karlos Tevesin səhhətində problem ortaya çıxıb. O, bu səbəbdən xəstəxanaya yerləşdirilib.

“İndependyente”nin baş məşqçisi döş qəfəsindəki ağrılar səbəbindən həkim nəzarətinə alınıb. Onun probleminə geniş müayinədən keçəndən sonra aydınlıq gələcəyi bildirilib. Argentina millisinin sabiq hücumçusunun ilkin müayinəsinin nəticəsinin qənaətbəxş olduğu açıqlanıb. 40 yaşlı mütəxəssisin xəstəxanada nə qədər qala biləcəyinə aydınlıq gətirilməyib. Teves özü hələlik səhhəti ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, o, “İndependyente”ni 2023-cü ildən çalışdırır. Bundan əvvəl “Rosario Sentral”a başçılıq edən Teves futbolçu kimi “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenhua”da çıxış edib. O, üçqat İngiltərə, ikiqat İtaliya çempionu və Çempionlar Liqasının qalibidi.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla