AZ

Rusiyadan məktub almamışıq - Simonyanın sözçüsü

Ermənistan Milli Məclisinə Rusiya Federasiyasından heç bir məktub daxil olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu parlament sədrinin mətbuat katibi Nelli Qulyan deyib.

Aprelin 24-də Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistan Milli Məclisi sədrinin bəyanatları ilə bağlı aydınlıq gətirmək üçün məktub göndərildiyini bildirib. 

Yada salaq ki, bir müddət əvvəl Aİ ölkələri parlament sədrlərinin İspaniyada keçirilən konfransında Simonyan deyib ki, “müzakirə mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi məsələsi durur. Ermənistan Ukrayna, eləcə də Moldova, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir”.


Telegram kanalımız
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla