AZ

Parisdə “Mulen Ruj” kabaresinin dəyirman qanadları SINDI – FOTO

Parisdə “Mulen Ruj” kabaresinin dəyirman qanadları sınıb.

İnterpress.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Paris yanğınsöndürənlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, aprelin 25-nə keçən gecə Parisdə məşhur “Mulen Ruj” (“Qırmızı dəyirman”) kabaresinin dəyirmanının qanadları sınıb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Onun sözlərinə görə, qanadlar gecə saat iki-üç radələrində yolun hərəkət hissəsinə düşüb. Kanal qeyd edir ki, düşmüş qanadlar kabarenin adı yazılmış lövhəyə dəyib. Nəticədə bir neçə hərf yerə düşüb.

Yanğınsöndürənlər və polis dərhal hadisə yerinə gəlib. Hadisə yerinin ətrafında təhlükəsizlik perimetri yaradılıb. Mütəxəssislər dəyirmanın sınmış qanadlarını çıxarıblar. Baş verənlərin səbəbləri hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla