Bakıda Nizami rayonunda Şərq küçəsindən (Sutikinti xəstəxanasından) Bakıxanov qəsəbəsinə gedən yolda işıqfor olsaişləmir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Sakinlər deyir ki, həmin əraziyə 2 ildir işıqfor quraşdırılsa da fəaliyyət göstərmir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır: "Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Sözügedən kəsişmədəki nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır".