AZ

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan

Bakı. Trend:

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyəhazırdır.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeriAlen Simonyan deyib.

"Fikrimcə, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbəthal olar. Bu məsələni müzakirə etməliyik. İndi də RusiyaFederasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycanqazıdır", - o qeyd edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qeyd edək ki, aprelin 23-də ölkələrin ekspert qruplarıAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakısərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatlarındəqiqləşdirilməsi prosesinə başlayıb. Azərbaycan Respublikası iləErmənistan Respublikası arasında sərhəddə yerdəki geodeziyaölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesiçərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspertqruplarının işi davam edir.

Məqalədə:
Seçilən
11
49
Mənbələr
Şərh ()
Bağla