AZ

Qəzzalılar Misir sərhədinə yerləşdi

Minlərlə qəzzalı hücumlardan qorunmaq üçün Misir sərhədinə sığınıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəzzalılar ilə Misir arasında ancaq divar qalıb. Həmin divarın qarşısında onlarla çadır var.

Qəzzalılar divara belə yazıblar: 

\"Bizi məyus edən və qarşımızda bu divarı tikən heç kimi unutmayacağıq”.

Digər tərəfdən, indi İsrail Rəfah hücumuna hazırlaşır. İsrail Rəfaha girəcəyini desə də, qəzzalılar bunun dərhal baş verəcəyini düşünmürlər. 

Həmçinin İsrail yalnız cənubda Qəzza zolağına deyil, şimalda da Livana hücumlarını davam etdirir. İsrail ordusu Livanda 40 hərbi obyektin məhv edildiyini açıqlayıb.

Nəzrin
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla