AZ

Cəbrayıl RMX-da seminar: “Günvurma, günvurmanın əlamətləri, yanıqlar və günvurma zamanı həkiməqədər ilkin tibbi yardım"

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “Günvurma, günvurmanın əlamətləri, yanıqlar və günvurma zamanı həkiməqədər ilkin tibbi yardım" mövzusunda seminar təşkil olunub.
 
Bu barədə Aztibb.az-a Cəbrayıl RMX-dan bildirilib.
 
Qeyd olunub ki, təlim Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini Arif Hüseynov və böyük tibb bacısı Səbinə Məmmədova tərəfindən keçirilib.
 
Arif Hüseynov iştirakçılara günvurmanın ilkin əlamətləri barəsində məlumat verərək günvurma zamanı baş verə biləcək fəsadlar haqqında məlumat verib.
 
Daha sonra çıxış edən Səbinə Məmmədova günvurma zamanı zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər olduğunu qeyd edib. Bu zaman zərərçəkənə göstərilən ilkin tibbi yardım barəsində məlumat verib.
 
Daha sonra A.Hüseynov tərəfindən iştirakçılarla mövzu üzrə müzakirələr aparılıb.
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla