AZ

MBA-da fərqli nəticələr

MBA-da pley-offun ilk raundunun ikinci oyunları baş tutub. Çempionatın qalibi “Bostion Seltiks” ikinci oyunda “Mayami Hits”ə məğlub olub – 101:111. Bununla da seriyada hesab bərabərləşib.

Qonaqların heyətində Hirro və Adebayo dabl-dabl edib. Meydan sahiblərinin heyətində isə Ceylen Braun 33 xal toplayıb.

Qeyd edək ki, qonaq komanda pley-oflarda dəqiq üçxallıq atışların sayına görə rekorda imza atıb. Bundan sonrakı iki oyun Mayamidə keçiriləcək.

Digər cütlükdə isə ümumi hesab artıb. “Oklahoma Siti Tanders” ardıcıl ikinci dəfə “Nyu-Orleans Pelikans”a qalib gəlib. Kanadalı basketbolçu Gilg-Aleksander 33 xal toplayıb. Debütant Holmqrenin aktivində isə 26 xal var. Qonaq komandada ən məhsuldar basketbolçu 19 xal yığan Valançyunas olub.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla