AZ

İrəvanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən 96 erməni SAXLANILDI

İrəvanda 96 etirazçı saxlanılıb. 

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumatda bildirilir ki, İrəvanda baş nazir Paşinyanın istefası və Azərbaycanla sərhədin delimitasiyasına son qoyulması tələbi ilə dünən keçirilən etiraz aksiyasının 96 iştirakçısı saxlanılıb.

Sözügedən nümayişi Ermənistanın müxalif “Milli Demokratik Qütb” təşkilatı keçirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma “soyqırım”ı abidəsinə ziyarətdə narazılıqla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla