AZ

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.

 

Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel iddiaları ilə bağlı əsassız hərəkətə keçən ermənilərə etiraz edib. Belə ki, əllərində Türkiyə və Azərbaycan bayraqları olan 200-ə yaxın iştirakçı türk musiqisi, müəyyən şüarlar səsləndirərək nümayişlərini həyata keçirib.

 

Aralarında azərbaycanlıların da olduğu aksiyada nümayişçilər Türkiyənin Vaşinqtondakı səfirliyi və səfirin iqamətgahı qarşısına toplaşıblar.

 

Nurəddin Oflu adlı iştirakçı erməni iddialarına etiraz olaraq hər il aprelin 24-də səfirlik qarşısında nümayiş təşkil etdiklərini bildirib:

 

“Türkiyə olaraq hər zaman haqq davamızın ardınca gedirik, burada görüşür, onlara qarşı güc nümayişi edirik. Erməni soyqırımı yalandır. Biz burada türklərin birliyini, gücünü göstərmək istəyirik. “Mən türkəm” deyən nə xoşbəxtdir”.

 

Digər Türkiyə vətəndaşı isə açıqlamasında ermənilərin soyqırımı iddialarına etiraz etmək üçün səfirliyə gəldiyini deyib:

 

“Bizə qarşı böhtanı ancaq tarixçilər həll edə bilər”.

 

Azərbaycanlı nümayişçi də soyqırımı iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

 

“Cənab Ərdoğan “arxivi açaq” dedi. Onlar gəlmədilər. Çünki hər şeyin saxta olduğunu bilirlər”, - o əlavə edib.

 

Sözügedən nümayişlər dincliklə başa çatıb.

 

Günay

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla