AZ

Burun əməliyyatlarından sonra düzgün nəfəsalma

Burundan nəfəsalma insan orqanizmi üçün çox vacibdir. Belə ki, burnun əsas funksiyası nəfəs alınan havanın isidilməsi və təmizlənməsidir. Burundan nəfəsalma çətinliyi olan insanlar ağızdan nəfəs almağa məcbur qalırlar. Nəticədə ağızdan alınan soyuq, quru hava zamanla faringit, laringit, tonzillit, rinit, bronxial astma kimi xəstəliklərə səbəb olur. Eyni zamanda, qanın lazımi miqdarda oksigenlə təmin olunmaması uzunmüddətli dövrdə ürək və ağciyər çatışmazlığı xəstəliklərinə qədər gətirib çıxara bilər.
 
Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin həkim-otolarinqoloqu Yaşar Qaçabəyov məlumat verib.
 
Həkim bildirib ki, çox vaxt xəstələr burun əməliyyatlarından, müxtəlif xəstəliklərdən sonra burundan nəfəsini çətin almasından şikayətlənirlər: “Burada sadəcə xəstələrə subyektiv yanaşmadan deyil, daha çox həkim-mütəxəssis baxışı vacibdir. Ancaq həkim müayinələrdən sonra həqiqi burun tənəffüsünün yaxşı və ya pis olduğu müəyyən edilir".
 
Burunun vahid orqan olduğunu vurğulayan Yaşar Qaçabəyov qeyd edib ki, onun funksiyasının ancaq bu baxış prizmasından dəyərləndirilə bilər: "Məsələn, hər burun keçəcəyindən ayrılığda havanın hərəkətində müəyyən dərəcədə təzyiq, əks təzyiq mövcuddur. Bunu isə xəstə burundan nəfəsini çətin almaq kimi dəyərləndirə bilər. Halbuki, ağciyərlərdə qanın oksigenlə təchiz olması və burnun əlavə boşluqlarının havalındırması üçün bu olmazsa olmaz bir haldır. Bu təzyiq olmasa ağ ciyərlərin və sinusların müxtəlif xəstəliklərinə yol açıla bilər. Bunun üçün həkimlərə güvənin və sağlam olun”.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla