AZ

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

İqlim

Bakı, 25 aprel, AZƏRTAC

Hazırda iqlim dəyişmələri dünyanı narahat edən əsas məsələlərdən biridir. Ona təkan verən səbəbləri və mənfi nəticələri aradan qaldırmaq üçün əksər ölkələr BMT-nin iqlim dəyişmələri ilə bağlı Konvensiyasını ratifikasiya edib və Paris Sazişinə qoşularaq üzərlərinə öhdəliklər götürüblər. Bununla da dövlətlər iqlim dəyişmələrinə töhfə vermiş olacaqlar. Bundan başqa, ölkələr tərəfindən iqlim dəyişmələri ilə bağlı milli tədbirlər planı qəbul edilməkdədir. Bu, beynəlxalq qanuna uyğundur. Buna baxmayaraq iqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin keçmiş sədri Aleksis Mourre Azərbaycan Arbitraj Günlərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada bu istiqamətdə beynəlxalq mübahisələrin sayı getdikcə artacaq: “Bəzi ölkələr öz üzərinə 2030-cu ilə qədər karbon emissiyalarının 30 faizə qədər azaldılması ilə bağlı öhdəlik götürüb. QHT-lər də onlara bu sahədə yardımçı ola bilər".

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla