AZ

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

Bürünc

Bakı, 25 aprel, AZƏRTAC

“Növbəti mövsüm yenidən çempionluq uğrunda mübarizə aparacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçuların Yüksək Liqasında bürünc medallara sahib çıxan “Murov Az Terminal”ın üzvü Natalya Dumçeva deyib.

Rusiyalı voleybolçu əsas hədəfləri olan qızıl medalları qazanmadıqları üçün məyus olduğunu bildirib: “Mövsüm bizim üçün yaxşı keçdi. Çempionatda güclü komandalar var. Finalda üz-üzə gələn “Azərreyl” və “Abşeron” iddialı kollektivlərdir. Azərbaycan liqasının səviyyəsi yenidən artır. Böyük nəticə qazanmaq üçün daha çox çalışmalıyıq”.

32 yaşlı oyunçu ruhdan düşməyəcəklərini və yeni mövsümə daha güclü hazılaşacaqlarını söyləyib: “Növbəti mövsüm yenidən çempionluq uğrunda mübarizə aparacağıq. Burada qalıb-qalmayacağımı zaman göstərəcək. Xoşbəxtim ki, mövsümü ən azından bürünc medalla tamamlaya bildik”.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla