AZ

Subbakalavrların universitetlərə imtahansız qəbulu: Qarşısı alınmalıdır?

Subbakalavrlar (kollec məzunları) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.

 

Cəmiyyətdə belə fikirlər səslənir ki, kollec məzunlarının imtahan vermədən ali məktəblərə qəbul olunması düzgün deyil və universitetlərin nüfuzuna zərər verir.

 

Kolleci bitirən tələbələrin universitetə sənəd verməsinin qarşısı alınmalıdırmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib ki, hər bir kolleci bitirən subbakalavr universitetə qəbul ola bilmir:

 

“Universitetlərdə müəyyən ixtisaslar var ki, subbakalavrlara yer ayırırlar. Bu da məhdud sayda olan ixtisaslardır. Bu ixtisaslar özəl universitetlərdə olur və daha çox qiyabi təhsildə yer alır. Bu da subbakalavrların universitetdə oxuması üçün bir problem yaratmır. Sadəcə burada bir nüans var ki, avtomatik olaraq qiyabi təhsildə ballar artır. Çünki ora həm subbakalavrlar, həm də bakalavrlar müraciət edirlər. Müraciət sayının çox olması balların qalxmasına səbəb olur”.

 

S.Purkeştasibin sözlərinə görə subbakalavrların 90%-i işləyən, ailəli şəxslər olduqları üçün qiyabi təhsilə daha çox üstünlük verirlər:

 

“Son zamanalar cəmiyyətdə belə bir fikir formalaşıb ki, adətən bu məsələ 9-cu sinifdən kollecləri seçənlərə şamil olunur. Valideyn övladının zəif oxuduğunu, belə oxumaqla ali məktəbə qəbul ola bilməyəcəyini düşünür. Buna görə də şagird kollecə üz tutur və təhsilini bitirdikdən sonra kollec balı və ya subbakalavr kimi universitetə qəbul olmaq istəyir. Amma universitetə əlini-qolunu sallayıb qəbul olmaq mümkün deyil. Çünki məhdud sayda seçilmiş ixtisaslar var ki, onlar subbakalvrlara yer ayrırlar. Bu da bakalavr səviyyəsi üzrə təhsil alan şagirdlər üçün heç bir maneə törətmir. Universitetlər bundan heç narahat olmasınlar. Ali məktəblər özlərini maliyyələşdirən qurumdur. Bu baxımdan da subbakalavrların universitetlərə qəbul olması universitetlərin xeyrinədi ki, nəin ki, ziyanına”.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla