AZ

Naxçıvanda akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə “İşıqlı Gələcək Naminə” oftalmologiya həftəsinə start verilib

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ili münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “İşıqlı Gələcək Naminə” oftalmologiya həftəsinə start verilib.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Əvvəlcə akademik Zərifə xanımın adını daşıyan Poliklinikada Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, muxtar respublikanın oftalmoloqları və nazirliyin əməkdaşları Zərifə xanımın xatirəsinə həsr olunmuş guşədə yerləşən büstün önünə gül dəstələri qoyub və orada yer alan xatirə guşəsinə baxış keçiriblər.

 

Daha sonra “İşıqlı Gələcək Naminə” oftalmologiya həftəsinə həsr edilmiş tədbir açıq elan edilib.

 

Oftalmologiya həftəsi çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumatlar iştirakçılara və mediaya təqdim edilib.

 

Qeyd edək ki, bu layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq aztəminatlı təbəqədən olan bir qrup görmə zəifliyindən əziyyət çəkən xəstəyə Naxçıvan Sağlamlıq Mərkəzində oftalmoloq Məhəmməd Vəliyev tərəfindən ödənişsiz excimer lazer əməliyyatı tətbiq ediləcək.

 

Bundan əlavə, Ordubad şəhərində yerləşən internat məktəbinin şagirdləri ilə görüş təşkil ediləcək və onlar göz müayinəsinə cəlb olunacaqlar. Eyni zamanda, bölgələrimizdə yerləşən tibb müəssisələrində də oftalmoloqlar tibbi müayinələr həyata keçirəcəklər.

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla