AZ

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Bu

Bakı, 25 aprel, AZƏRTAC

Bu gün bütün dünyada müxtəlif sahələrə aid dprd əlamətdar gün qeyd olunur. AZƏRTAC həmin günləri təqdim edir.

Ümumdünya Malyariya Günü

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2007-ci ilin may ayında təsis edilib, 2008-ci ildən etibarən hər il qeyd olunur. O, tropiklərə endemik olan təhlükəli xəstəlik olan malyariya ilə mübarizə üzrə qlobal səylərin təşviqinə həsr olunub.

Bu il əlamətdar gün “Sağlamlıq bərabərliyi, gender və insan hüquqları” mövzusunda qeyd edilir. Bu mövzu hamilə qadınlar və uşaqlar kimi xəstəlikdən ən çox təsirlənən şəxslər üçün malyariya ilə mübarizə haqqında məlumatlılığın artırılmasına xidmət edir və malyariya-endemik şəraitdə icmaların üzləşdiyi çoxsaylı problemləri, məsələn, səhiyyə xidmətlərinə çıxış və iqlim dəyişikliyi fonunda yaranan təhlükələri vurğulayır.

Ümumdünya Pinqvin Günü

Hər il keçirilən ekoloji bayram insanları ümumilikdə planetimizin heyvan rəngarəngliyini, xüsusən də onun ayrı-ayrı regionlarının və nümayəndələrinin müxtəlifliyini qoruyub saxlamağın zəruriliyini xatırlamağa sövq edir. Antarktidanın kəşfindən sonra insanlar tərəfindən pinqvinlərin məhv edilməsi görünməmiş həddə çatıb, lakin bu quşların bir neçə növü nəsli kəsilmək təhlükəsi altında olsa da, indi onların populyasiyası bərpa edilib.

Beynəlxalq Nümayəndələr Günü

2019-cu ildə BMT-nin beynəlxalq gün və mərasimlərin təqviminə əlavə olunub və ilk dəfə 2020-ci ildə qeyd edilib. BMT Baş Assambleyası çoxtərəfli diplomatiyanın həyata keçirilməsində, səmərəli çoxtərəfliliyin təşviqində və BMT-nin əsas məqsədlərinə nail olunmasında, məsələn, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında, onun təmin edilməsində nümayəndə heyətlərinin rolunu vurğulamaq üçün 25 apreli Beynəlxalq Nümayəndələr Günü elan edib. Əsas məqsədlər arasında insan hüquq və azadlıqlarına hörməti inkişaf etdirmək, bütün xalqların sosial və iqtisadi inkişafına kömək etmək yer alıb.

Beynəlxalq DNT Günü

1953-cü il aprelin 25-də “Nature” elmi jurnalında alimlər Ceyms Uotson və Frensis Krikin Moris Uilkins və Rozalin Franklinlə birlikdə DNT molekulunun quruluşu ilə bağlı tədqiqatın nəticələrini dərc etməsinin xatirəsinə qeyd olunur. Bu əlamətdar gün, əsasən, müvafiq elmi icma tərəfindən bayram edilir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla