"Qarabağa qayıtmaq həmişə xoşdur".
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
Diplomat Füzulidən video paylaşaraq bu sözləri yazıb:
"Füzuli tam şəkildə yenidən qurulur və yeni şəhər Ermənistanın 30 ildir davam edən işğalının xarabalıqlarından yenidən ucalır".