AZ

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir "X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.
Seçilən
5
8
Mənbələr
Şərh ()
Bağla