Media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin qanunvericiliyin tələblərinə uyğun olmayan və diqəqləşdirilməyən informasiyaları yayması qadağandır. Bu barədə Baş Prokurorluq bir gün öncə özünü öldürən sabiq uşaq həkimi Nəsib Quliyev haqqında yayılan məlumatlara cavab olaraq bildirilib.
Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
BaŞ Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edir.
www.anews.az