AZ

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi start götürüb - FOTOLAR

Bu gün akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Milli yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini ümumilikdə 71 idmançı təmsil edir.

İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar 2008-2013; balacalar 2009-2018-ci il), kişi cütlükləri (böyüklər 2009-cu il və daha böyük), qarışıq cütlüklər (böyüklər 2009-cu il və daha böyük), qadın qrupları (uşaqlar 2008-2013; yeniyetmələr 2006-2012; gənclər 2005-2010; böyüklər 2009-cu il və daha böyük) və kişi qrupları (yeniyetmələr 2006-2012; böyüklər 2009-cu il və daha böyük) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar.

Ləman Sərraf

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla